Ölkədən qaçan baş nazir edam cəzasına məhkum edildi
Dərc olunub:
17-11-2025, 14:54
Banqladeş keçmiş baş naziri Şeyx Hasina 2024-cü ildə hökumət əleyhinə etirazların yatırılmasında insanlığa qarşı cinayətlərə görə qiyabi olaraq edam cəzasına məhkum edilib.
Avrasiya.net xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məhkəmə onun nümayişçilərə qarşı silah istifadə etmək əmri verdiyini müəyyən edib. Hökm məhkəmə zalında alqışlarla qarşılanıb.
Hasinanın özü isə ittihamları rədd edib, o, ölkə xaricindədir.
Son xəbərlər
