Deputatın evinə silahlı basqın: Bahalı əşyalar oğurlandı

Deputatın evinə silahlı basqın: Bahalı əşyalar oğurlandıFransanın Eks-an-Provans şəhərində naməlum şəxslər Milli Assambleyanın deputatı Jero Verninin evinə giriblər. Hadisə zamanı dörd nəfərdən ibarət dəstə bahalı saatları, seyfi və xeyli miqdarda nağd pulu ələ keçirib.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, hadisə zamanı evdə deputatın həyat yoldaşı olub.

O, basqından sonra ciddi psixoloji sarsıntı keçirib. Qadının sözlərinə görə, quldurlar maska və əlcək taxıblar. İlkin ehtimallara əsasən, bu hücum Fransanın Milli Assambleyasında son vaxtlar gərgin keçən müzakirələrlə bağlı ola bilər.

Hadisə ötən gün baş verib. Oğrular qarət etdikdən sonra Verninin evinin yaxınlığında saxlanılan avtomobillə hadisə yerindən uzaqlaşıblar.

Qeyd edək ki, Jero Verni Fransanın Aşağı Palatasına deputat seçilib və “Respublika uğrunda sağ ittifaq” partiyasının üzvüdür

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər