BMT-dən İsrailə: Dərhal hücumları dayandır!
BMT-nin Livandakı Müvəqqəti Qüvvələr Komandanlığı (UNIFIL) İsrailin mülki əhalini və sabitliyi təhdid edən hərbi eskalasiyasından dərin narahatlığını bildirib.
Bu barədə UNIFIL-in mətbuat xidmətinin açıqlamasında deyilir.
"İsrailin sülhməramlıların əməliyyat zonasına hava hücumları BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin açıq şəkildə pozulmasıdır. Bu cür dağıdıcı miqyaslı hərbi əməliyyatlar münaqişənin siyasi və diplomatik həllinə doğru irəliləyişi sarsıdır", - məlumatda vurğulanıb.
Bəyanatda qeyd olunur ki, bu hücumlar Livan ordusunun Litani çayının cənubundakı qanunsuz milislərin icazəsiz silahlarını müsadirə etmək və infrastrukturunu dağıtmaq üçün addımlar atdığı bir vaxtda baş verir.
BMT sülhməramlıları İsraili hücumları dərhal dayandırmağa və Livan tərəfini də vəziyyəti daha da gərginləşdirə biləcək hər hansı bir cavab tədbirindən çəkinməyə çağırır.
Qeyd edək ki, İsrail ordusu Livanın cənubunda Hizbullaha məxsus mövqelərə zərbələr endirdiyini açıqlamışdı.
Son xəbərlər
