Həbsdə yalnız qatıqla qidalanır

Fransanın keçmiş prezidenti Nikola Sarkozi həbsxanada təqdim olunan yeməklərdən imtina edib və hazırda yalnız qatıq yeyir.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə “Point” nəşri siyasətçiyə yaxın mənbələrə istinadən xəbər yayıb.

Bildirilir ki, Sarkozi ona qarşı mövcud olan çoxsaylı düşmən münasibətlərini nəzərə alaraq, kameraya gətirilən yeməklərə toxunmur. Bununla yanaşı, o, yemək bişirmək və ərzaq hazırlamaq bacarığı olmadığı üçün özünə yemək də hazırlaya bilmir.

Qeyd edək ki, Nikola Sarkozi 2007-ci il prezident seçkiləri kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi işi üzrə beş il müddətinə azadlıqdan məhrum edilib. Oktyabrın sonunda Parisdəki “Sante” həbsxanasına yerləşdirilən sabiq prezidentin təhlükəsizliyi iki silahlı polis tərəfindən təmin olunur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər