Avropa səmasında “naməlum dronlar”

Avropa səmasında “naməlum dronlar”Avropanın bir neçə ölkəsində eyni vaxtda naməlum dronların uçuşu müşahidə edilib.

Avrasiya.net xəbər verir ki, bəzi hava limanlarının işi məhdudlaşdırılıb, reyslər gecikib.

Ötən gün axşam saatlarında Belçikanın Melsbrok hərbi aerodromu, Brüssel beynəlxalq hava limanı və Döel atom elektrik stansiyası üzərində tanınmayan dronlar qeydə alınıb. Yerli media yazır ki, təhlükəsizlik məqsədilə Brüssel hava limanının fəaliyyəti 30 dəqiqəlik dayandırılıb.

RTBF telekanalının məlumatına görə, bu müddətdə bir sıra reyslər “havada gözləməyə məcbur qalıb” və ya digər hava limanlarına yönləndirilib.

Oxşar hadisə İsveçdə də yaşanıb. Qöteborq-Landvetter hava limanı yaxınlığında bir və ya bir neçə dronun müşahidə olunmasından sonra bütün uçuşlar təxirə salınıb. İsveçin Mülki Aviasiya Agentliyi (LFV) və hava limanının operatoru hava məkanının tam bağlandığını təsdiqləyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər