"Əl-Faşir vəhşilikləri bizə Xocalı faciəsini xatırladır"

"Üsyançılar Əl-Faşirdə soyqırım törədiblər, yüzlərlə dinc insan kütləvi şəkildə güllələnib, beynəlxalq ictimaiyyət hələ də buna göz yumur".

Avrasiya.net xəbər verir ki, bunu Sudanın Azərbaycandakı səfiri Ənəs Əltayeb Əlqaylani Mustafa Sudanın Əl-Faşir şəhərində baş verən soyqırımla bağlı mətbuat konfransında deyib.

O, qeyd edib ki, xaricdən silahla təmin edilən üsyançıların vəhlişiliyi, insanlıq və təhlükəsizlik baxımdan Sudanın sərhədlərini aşır. Humanitar yardımın çatdırılması çətinləşir: "Üsyançıların dinc sakinlərə zülmü tarixə yazılıb. BMT Əl-Faşir də törədilən qətliamlarla bağlı bəyanat verib. Sudanda iqtisadi və siyasi maraqları olan bəzi dövlətlərin üsyançılara dəstəyi Sudan təhlükəsizlik qüvvələri tərəfindən ifşa olunub. Xarici media üsyançıların xaricdən dəstək almaları barədə məlumat verib. Səudiyyə Ərəbistanın açdığı xəstəxanada 400 xəstənin öldürülməsi beynəlxaq hüququn pozulması deməkdir. Üsyançılara xaricdən dronlar, silahlarla dəstək olmasaydı şəhər şğal edilə bilməzdi. Əl-Faşir vəhşilikləri bizə Xocalı faciəsini xatırladır".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər