ABŞ 3 ölkədən qoşunlarını çıxarır
Dərc olunub:
31-10-2025, 12:55
ABŞ dekabr ayında Bolqarıstan, Macarıstan və Slovakiyadakı hərbi kontingentinin bir hissəsini çıxarmağı planlaşdırır.
Bu barədə “Kiyev Post” mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, Avropadakı ABŞ qoşunlarının sayının azalması Pentaqonun resursları Qərb yarımkürəsində cəmləşdirmək istəyi ilə bağlıdır.
Qeyd edək ki, bundan öncə ABŞ-ın Avropadakı qoşunlarının sayını azaltmaq istədiyi barədə məlumat yayılmışdı.
Son xəbərlər
