ABŞ-da azərbaycanlı avtoritet 25 il həbs cəzası aldı

ABŞ-da azərbaycanlı avtoritet 25 il həbs cəzası aldıABŞ-da iranlı jurnalist və dissident Məsih Əlinejada sui-qəsd hazırlayan iki şəxs 25 il həbs cəzasına məhkum edilib.

Bu barədə Əlinejadın sözçüsü məlumat yayıb.

Bildirilib ki, cinayətkar təşkilatın üzvləri - Rüfət Əmirov və Polad Ömərov Manhettendə federal məhkəmə tərəfindən günahkar biliniblər.

Məlumata görə, hər 2 şəxs 2022-ci ilin yayında Əlinejada sui-qəsd etmək üçün İran rejimindən sifariş alıblar.

Prokurorluq hər iki şəxs üçün 55 il həbs cəzası tələb etmişdi. İttiham olunanların Rüfət Əmirov azərbaycanlı, Polad Ömərov isə çeçendir. Hər ikisi Rusiya vətəndaşıdır.

Xatıqladaq ki, 45 yaşlı Məsih Əlinejad 2009-cu ildə İrandan qaçıb. O, 2014-cü ildən etibarən sosial mediada iranlı qadınları hicab taxmaq məcburiyyətinə qarşı çıxmağa təşviq edən kampaniyaları ilə tanınıb. Onun X-də 500 mindən, İnstaqramda isə 8 milyondan çox izləyicisi var.

Qeyd edək ki, R.Əmirov və P.Ömərov kriminal avtoritet kimi tanınırlar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər