"ABŞ və Çin razılığa gələ bilsələr, bu Rusiya üçün sonun başlanğıcı ola bilər"

Cənubi Koreyanın Busan şəhərində ABŞ Prezidenti Donald Tramp ilə Çin rəhbəri  Si Cinpin arasında görüş keçirilir. Trampın Çin sədri ilə görüş zamanı əsasən nüvə silahı arsenalının azaldılması da, daxil olmaqla, bütün ikitərəfli məsələləri müzakirə edəcəyi ehtimal olunur. Əsas müzakirə ediləcək mövzunun isə Rusiya olacağı gözlənilir.

Məsələyə münasibət bildirmək üçün politoloq Bakir Həsənbəyliyə ünvanladığımız suala cavab verərkən bildirdi ki, uzun müddətdir hər iki dövlət arasındakı münasibətlər olduqca gərgin vəziyyətdədir. Bu da, səbəbsiz deyil. Çin ABŞ-dan fərqli olaraq dünyanı hərbi-siyasi deyil, iqtisadi-siayasi müstəvidə fəth etməyi qarşıına məqsəd qoyub. Və bütün maneələrə rəğmən məqsədinə addım-addım da, olsa irəliləyir. Bu vəziyyət ABŞ-ı ciddi narahat edir. Çinin demək olar ki, hər gün böyüməsi ABŞ-ın təkqütblü dünya projesinində pozulmasına səbəb olur.

Dünyanın ən böyük iqtisadi nəhənglərindən hesab olunan Çin, ABŞ-ın bu projesinin qarşısını almaq üçün ətrafında Rusiya, İran, Şimali Koreya kimi peyklər formalaşdıra bilib.

Əgər Rysiya 4 ilə yaxın bir müddətdə Ukrayna cəbhəsində müharibəni davam etdirmək iqtidarında olubsa, o, zaman Çinə daha çox minnətdar olmalıdır. Düzdür Çin bu münaqişədə heç zaman tərəf tutmasa da, lakin Qərbin və Avropanın Rusiyaya tətbiq etdiyi 19 sanksiya paketinə rəğmən bu ölkə ilə iqtisadi münasibətlərini davam etdirir.

Təsadüfi deyil ki, Çin özünün neft və qaz ehtiyaclarının böyük bir hissəsini məhz Rusiyanın enerji ehtiyatları hesabına ödəyir. Çin bu prosesdə ikitərəfli – məhsulun olduqca aşağı qiymətə alışında və fasiləsiz təminatında uduş əldə edən tərəfdir.

Məhz bu amil Çini Rusiya ilə münasibətləri qoruyub saxlamaqda maraqlı edir. Əgər bu gün keçirilən görüşdə Tramp Çin liderini daha cəlbedici təkliflərlə inandıra bilsə sözsüz ki, Rusiya-Ukrayna müharibəsində vəziyyət 180 dərəcə dəyişər. Və bu hal Rusiya üçün sonun başlanğıcı ola bilər. Lakin belə bir razılığın əldə olunması isə az ehtimal olunan haldır.  

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər