Tramp Rusiyaya əlavə sanksiyalar tətbiq edə bilər
Dərc olunub:
27-10-2025, 10:59
ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər.
O, jurnalistlərin Moskvaya qarşı sanksiyalarla bağlı sualına, “Bunu tezliklə öyrənəcəksiniz” sözləri ilə cavab verib.
Xatırladaq ki, bundan əvvəl ABŞ Maliyyə Naziri Scott Bessent tezliklə anti-Rusiya sanksiyalarının əhəmiyyətli dərəcədə artırılacağını açıqlamışdı. O, həmçinin bildirib ki, Tramp Moskva və Kiyev arasında münaqişənin həlli üzrə danışıqların hazırkı vəziyyətindən məyusdur.
Son xəbərlər
