Əfqanıstanla savaşa girə bilərik - Asif
Dərc olunub:
26-10-2025, 11:12
Əgər razılaşma olmasa, Əfqanıstanla açıq şəkildə savaşa girmək seçimimiz var. Amma gördüm ki, onlar sülh istəyirlər.
Bu sözləri Pakistanın müdafiə naziri Xavaca Asif İstanbulda Əfqanıstanla ikinci görüşlə bağlı danışarkən deyib.
Əlavə olaraq, Asif Əfqanıstanla Qətər və Türkiyənin vasitəçiliyi ilə əldə olunan atəşkəsdə 5 gün ərzində heç bir insident baş vermədiyini, hər iki tərəfin atəşkəsə əməl etdiyini də bildirib.
Qeyd edək ki, Pakistan və Əfqanıstan arasında bir müddətdir ki, gərginlik yaşanır.
Son xəbərlər
