ABŞ-da hərbi təyyarə qəzaya uğradı
Dərc olunub:
24-10-2025, 09:55
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus OA-1K Skyraider II təyyarəsi Oklahoma ştatında qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, bu barədə Oklahoma Milli Qvardiyasının mətbuat xidməti məlumat yayıb.
“Təyyarənin göyərtəsində 2 heyət üzvü - ABŞ Hərbi Hava Qüvvələrinin hərbçisi və mülki podratçısı olub. Qəza zamanı təyyarə təlim uçuşu həyata keçirirmiş”, - məlumatda deyilib.
Ekipaj üzvlərinin vəziyyəti və hadisənin təfərrüatı barədə məlumatlar dəqiqləşdirilir.
Son xəbərlər
