KİV: Putin Xaməneiyə məktub göndərib

KİV: Putin Xaməneiyə məktub göndəribRusiya Prezidenti Vladimir Putin İranın ali rəhbəri, ayətullah Seyid Əli Xaməneiyə məktub göndərib.

"Report" xəbər verir ki, məlumatı İran İnqilab Keşikçiləri Qvardiyasına (Sepah) məxsus teleqram kanalı yayıb.

Bildirilib ki, Rusiya Prezidentinin xüsusi nümayəndəsi Aleksandr Lavrenteyev Tehranda İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.

Görüşdə strateji və təhlükəsizlik məsələləri, Tehran ilə Moskva arasında regional sabitlik və münaqişələrin həlli məsələləri üzrə davam edən dialoq müzakirə olunub.

Ə.Laricani BMT Təhlükəsizlik Şurasının iclaslarındakı dəstək və mövqeyinə görə rəsmi Moskvaya minnətdarlığını bildirib.

Rusiya Prezidentinin xüsusi nümayəndəsi, öz növbəsində, regional əməkdaşlıq üzrə təşəbbüslər haqqında məlumat verib. Onun Vladimir Putinin ayətullah Seyid Əli Xaməneiyə şəxsi məktubunu çatdırdığı ehtimal olunur.

Xatırladaq ki, Ə.Laricani oktyabrın 16-da Moskvaya səfər etmiş və İran ali liderinin məktubunu Putinə təqdim etmişdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər