"Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək"

"Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək"Suriya prezidenti Əhməd əl Şaranın Moskva səfərinin arxasında, heç şübhəsiz Putinin Suriya ilə bağlı yenidən qayıdış istəkləri üzərinə dəvəti dayanır. Əhməd əl Şaranın, sabiq Suriya prezidenti Bəşər Əsədin ölkəsinə geri ekstradisiya edilməsi ilə bağlı Rusiyadan tələb irəli sürməsindən sonra, Rusiya prezidentinin bu tələbdən dərhal istifadə edərək, Suriya prezidentini ölkəsinə dəvət etməsi, iki ölkə arasında siyasi və diplomatik əlaqələrin yenidən qurulması və əməkdaşlıq məsələləri ilə bağlıdır.

Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.

"Doğrudur, iki ölkə arasında mürəkkəb məsələlər var, amma çözülməsi mümkün olmayan məsələlər deyil. Bu səbəbdən Suriya hökumətinin İsrail, İran və digər ABŞ-ın dəstəklədiyi qüvvələrlə başı dərddən xilas ola bilmədiyini və ABŞ bu istiqamətdə yeni hökumətə lazımi səviyyədə dəstək vermək niyyətində olmadığını nəzərə alsaq, Suriya prezidentinin Moskva səfərinin əsas məqsədi əslində Bəşər Əsədin ölkəsinə ekstradisiyası olmadığını görərik və məqsəd sırf siyasi kontekstlər çərçivəsində həyata keçirilir" - deyib politoloq.

O, qeyd edib ki, Əhməd əl Şaranın Putinlə görüşü zamanı Putinə ümidverici vədlər verməsi, Rusiya üçün güvən mənbəyi yaradıb və Hmeymim hava bazası və Tartus dəniz limanı kimi hərbi obyektlərin qorunması məsələsi müzakirə olunub. Bəşər Əsəd və ətrafındakıların mühakimə edilməsi məqsədilə ölkəsinə ekstradisiyası da bu bazarlığın içində yer alır və Rusiyanın Suriyadakı hərbi bazalarının statusunun saxlanılması üçün Putin, Suriyanın bütün şərtlərini qəbul etməyə hazır olması ehtimalı böyükdür. Suriyanın Moskvaya yaxınlaşması ABŞ, İsrail, İran və Türkiyə tərəfindən ciddi izlənilir və hesab edirəm ki, səfər doğru və zamanında atılmış addımdır. Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsini təmin edəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər