Qəzzanın bərpası üçün 70 milyard dollar vəsait lazım olacaq

Qəzzanın bərpası üçün 70 milyard dollar vəsait lazım olacaqQəzza sektorunun bərpası üçün təxminən 70 milyard dollar vəsait tələb olunacaq.

Avrasiya.net xəbər verir ki, bu barədə BMT-nin Fələstin xalqına yardım proqramının (UNDP) xüsusi nümayəndəsi Yako Silliers Cenevrədə keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, bu ilin mart ayında Dünya Bankı zəruri investisiyaların həcmini 23 milyard dollar həcmində qiymətləndirmişdi. Lakin İsrailin davam edən hərbi əməliyyatları və xüsusilə Qəzza şəhərində baş verən genişmiqyaslı dağıntılar nəticəsində bərpa xərcləri əhəmiyyətli dərəcədə artıb.

Qəzza sektorunda bərpa işlərinin dəqiq müddətini açıqlamayan Yako Silliers bunun əldə ediləcək maliyyə vəsaitindən asılı olduğunu və onilliklər ərzində davam edə biləcəyini vurğulayıb.

UNDP-nin hesablamalarına görə, Qəzza sektoru azı 50 milyon ton həcmində dağıntılardan təmizlənməlidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər