HƏMAS bütün girovları azad etdi

HƏMAS bütün girovları azad etdiHƏMAS tərəfindən 2023-cü ilin oktyabrından bəri saxlanılan bütün sağ girovlar azad olunub.

İsrail mediasının məlumatına görə, azad olunan 20 nəfər Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə İsrail tərəfinə təhvil verilib.

HƏMAS nümayəndəsi də açıqlamasında “artıq təşkilatın əlində heç bir sağ girov qalmadığını” təsdiqləyib.

İsrailin “9-cu kanal” telekanalının məlumatına əsasən, azad edilənlərin 13 nəfərdən ibarət ikinci qrupu Qırmızı Xaçın nümayəndələrinə təhvil verildikdən sonra İsrailə çatdırılıb.

Azad olunan şəxslər arasında Rom Breslavski, Bar Kuperşteyn, Nimrod Koen, Evyatar David, Elkana Buxbut, Segev Kalfon, Avinatan Or, Yosef Haim Ohana, Maksim Xarkin, Eytan Horn, Matan Tsangaoker, David Kunyo və Ariel Kunyo kimi adlar yer alır.

Məlumata görə, Maksim Xarkin Donetsk şəhərindəndir və Rusiya vətəndaşı Talla Xarkinanın oğludur. Onun adı son iki il ərzində həm İsrail, həm də beynəlxalq mediada HƏMAS tərəfindən girov saxlanılan şəxslərdən biri kimi dəfələrlə çəkilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər