"Pakistan Əfqanıstandan gələn terror aradan qaldırılana qədər dincəlməyəcək"

"Pakistan Əfqanıstandan gələn terror aradan qaldırılana qədər dincəlməyəcək"





Cavab əməliyyatlarında Pakistan qüvvələri Taliban postlarını, düşərgələrini, qərargahlarını və Pakistana qarşı istifadə edilən silahlıların digər infrastrukturunu hədəfə alıb. Əfqanıstan daxilində sərhəd yaxınlığında əsgərlər Pakistana hücumlar planlaşdırmaq üçün istifadə edildiyi iddia edilən düşmənin 21 mövqeyini və çoxsaylı təlim məntəqələrini ələ keçirib və ya sıradan çıxarıb.

Bunu Avrasiya.net-ə Gənclər Diplomatiya Forumunun prezidenti (Pakistan) Musavar Hameed Tanoli oktyabrın 11-də Əfqanıstan yaraqlılarının Pakistanla dövlət sərhədində törətdiyi təxribata münasibətində deyib.

O, qeyd edib ki, Pakistan silahlı qüvvələri ölkənin ərazi bütövlüyünü və xalqını müdafiə etməyə tam hazır olaraq qalır və pakistanlılar zorakılıqdan daha konstruktiv diplomatiya və dialoqa üstünlük verirlər, lakin Əfqanıstan torpaqlarının terrorizm üçün “xaincəsinə” istifadəsinə dözməyəcəklər:

"Bu ciddi təxribatın Taliban xarici işlər nazirinin regionun terrorizmin əsas sponsoru kimi təsvir edilən Hindistana səfəri ilə üst-üstə düşməsi ilə bağlı narahatlıqlar var.

Taliban hökuməti öz ərazisindən fəaliyyət göstərən terrorçu qruplara, o cümlədən TTP və İŞİD-ə qarşı dərhal, yoxlanıla bilən tədbirlər görməlidir. Əks halda Pakistan öz vətəndaşlarının müdafiəsi üçün terror hədəflərini zərərsizləşdirməyə davam edəcək. Kabil, əlavə etdi ki, yanlış təsəvvürlərdən çəkinməli və bunun əvəzinə əfqan xalqının rifahı, sülhü, firavanlığı və inkişafına üstünlük verməlidir.

"Inter Services Public Relations" oktyabrın 11-i gecə baş verən hadisələrin Taliban hakimiyyətinin yaraqlılara imkan verdiyinə dair Pakistanın uzunmüddətli mövqeyini bir daha təsdiqlədiyi nəticəsinə gəlib. Əgər Taliban Hindistanla birgə regionda sabitliyi pozan qrupları dəstəkləməkdə israrlı olsa, Pakistan və onun xalqı Əfqanıstandan gələn terror aradan qaldırılana qədər dincəlməyəcək".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər