"İsraillilər Netanyahunu qəbul etmirlər"

"İsraillilər Netanyahunu qəbul etmirlər"Trampın Yaxın Şərq üzrə özəl təmsilçisi Vitkoff Təl - Əvivdə xalq qarşısında çıxış edərək Qəzzadakı atəşkəsi anlatmağa çalışır. Vitkoff Netenyahunun adını çəkdikdə meydanı söyüş və lənət bürüyür. Vitkoffun çıxışı bir neçə dəqiqəlik kəsilir. Ardınca Vitkoff Ərdoğan, Sisi və Qətər əmiri əl Taninin adını çəkdikdə meydana toplaşan yəhudilər sırf Netenyahuya inad onları alqışlayırlar.

Niyə? Çünki, İsrail tarixində ilk dəfə bu qədər bütün dünyada yalnızlaşdı.

Avrasiya.net xəbər verir ki, bunu siyasi ekspert Ruslan Bəşirli deyib.

O qeyd edib ki, vaxtilə İsrail dövlətini quran İngiltərə, Fransa belə Fələstinin müstəqilliyini tanıdı. Netenyahu və onun hökumətindəki Ben Qvir və Smotrich kimi faşistlərin Qəzzada 70 min insanı öldürməsindən sonra, 7 oktyabrın ildönümü belə dünyada qeyd edilmədi. Əvəzində həmin günlərdə İsrailin ən böyük dəstəkçisi ABŞ HƏMASla danışıqlar masasına oturmuşdu:

"Ancaq, İsrail hökuməti ağılla hərəkət etsəydi və dünyanı ayağa qaldıran soyqırıma imza atmasaydı 7 oktyabr olayından ciddi şəkildə istifadə edə bilərdi.

2 illik Qəzza müharibəsi nəticəsində İsrail böyük iqtisadi krizlə üzləşdi. Xeyli sayda israilli bu nəticəsiz savaşda öldü. Və bir çox israilli hesab edir ki, bütün bünlar sadəcə iki il öncə taxtı düşmək üzrə olan Netenyahunun hakimiyyətini uzatması üçün idi. Radikal kabinetini ətrafında saxlamaq və hökumətinin düşməməsi naminə soyqırımdan belə geri durmadı.

İndi Tramp nəticəsiz Qəzza savaşından sonra Netenyahunu qurtarma və hökumətdə saxlama sözü verib. Amma, məncə çətin olacaq. Koalisiya hökumətindəki partiyalardan birinin çəkilməsi hökuməti düşürəcək. İsraillilər isə ən yaxşı halda onu sevmirlər, bütün rəy sorğuları əleyhinədir".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər