"Pakistan-Əfqanıstan arasında qarşıdurmaya son qoyulmalıdır"

"Pakistan-Əfqanıstan arasında qarşıdurmaya son qoyulmalıdır"Pakistan-Əfqanıstan sərhədində baş verən son toqquşmalar bölgədə dərin narahatlığa səbəb olub, çoxlu sayda itkilər iki qonşu xalq arasında gərginliyi artırıb.

Bunu Avrasiya.net-ə İslam Gəncləri Təşkilatının prezidenti Hammad Xan Kakar (Pakistan) deyib.

Xatırladaq ki, oktyabrın 11-də Əfqanıstan yaraqlıları Pakistanla dövlət sərhədində təxribat törədiblər.
Pakistan Müdafiə Nazirliyinin ilkin məlumatına görə, Əfqanıstan tərəfinin hücumu nəticəsində Pakistan ordusunun 23 hərbçisi həlak olub, 29 nəfər isə yaralanıb.

Nazirlik qarşı tərəfin itkilərinin sayının 200-dən çox olduğunu açıqlayıb.

Kakar deyib ki, gərginlik qorxusu davam etsə də, beynəlxalq ictimaiyyət hər iki tərəfi təmkinli olmağa və qarşıdurma əvəzinə dialoqa davam etməyə çağırır:

"Pakistan və Əfqanıstan arasında sülh üçün səmimi ümid və dualarımı bildirirəm. Hər iki xalqın dərin tarixi, mədəni və dini bağları var ki, bu da bizi ayırmaq əvəzinə birləşdirməlidir. Hər iki ölkənin gəncləri münaqişəyə deyil, sabitliyə, firavanlığa və əməkdaşlığa can atırlar. Mən Pakistan və Əfqanıstan rəhbərliyinə müraciət edirəm ki, diplomatiyaya üstünlük versinlər, kommunikasiya kanallarını açsınlar və İslam qardaşlığı və regional harmoniya ruhunda sülh yolu ilə həllinə doğru çalışsınlar.

Sülh tərəqqinin təməlidir, dialoq isə xalqları bir arada saxlayan körpüdür".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər