"Putin Ukrayna ilə münaqişəni həll etməsə bu, onun üçün pis olacaq"

ABŞ Prezidenti Donald Tramp bildirib ki, rusiyalı həmkarı Vladimir Putin Ukrayna ilə münaqişəni həll etməsə, bu onun üçün pis başa çatacaq

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Ağ Ev rəhbəri hesab edir ki, Rusiya Prezidenti gərgin vəziyyəti həll edə bilsəydi, əla görünərdi.

"Düşünürəm ki, o, bunu həll edəcək. Ancaq hər halda biz hərəkət edəcəyik. Əgər həll etmsə, bu onun üçün pis başa çatacaq", - Tramp deyib.

ABŞ Prezidenti, həmçinin Rusiya-Ukrayna münaqişəsinin həll olunmayacağı təqdirdə "Tomahawk" raketlərinin Kiyevə verilməsi imkanlarını güman edir. Trampın sözlərinə görə, o, Putinlə bu mövzuda danışa bilər.

Qeyd edək ki, öz növbəsində, Ukrayna Prezidenti Volodimir Zelenski də Ağ Ev rəhbərinin hələ "Tomahawk"ın tədarükü ilə bağlı qərar vermədiyini bildirib. Ukrayna lideri amerikalı həmkarının qərarını gözləyir, Kiyev isə raket tədarükü üzərində çalışır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər