ABŞ Azərbaycanı Qəzza sammitinə dəvət etdi
Dərc olunub:
12-10-2025, 10:23
ABŞ hökuməti gələn həftə Misirdə keçiriləcək Qəzza mövzusundakı liderlər sammitinə Azərbaycanı da dəvət edib.
Avrasiya.net-in məlumatına görə, Vaşinqtonun təşəbbüsü ilə formalaşdırılan genişləndirilmiş iştirakçı siyahısına Azərbaycanla yanaşı, İspaniya, Yaponiya, Ermənistan, Macarıstan, Hindistan, Kipr, Yunanıstan, Bəhreyn, Küveyt, Kanada və İran da daxil edilib.
Sammit oktyabrın 13-də Şarm əl-Şeyx şəhərində keçiriləcək. Tədbirdə 20-dən çox ölkənin liderinin iştirakı gözlənilir.
Görüşdə İsrail və HƏMAS arasında əldə olunan atəşkəsin davamlılığının təmin olunması, eləcə də Qəzza zolağında yaranmış humanitar vəziyyətin yüngülləşdirilməsi istiqamətində növbəti addımlar müzakirə ediləcək.
Son xəbərlər
