Atəşkəs elan edildikdən sonra təxminən 250 min insan Qəzzaya qayıdıb
Dərc olunub:
11-10-2025, 03:46
İsrail və HAMAS arasında atəşkəs qüvvəyə minəndən bəri təxminən 250 min insan Qəzzaya qayıdıb.
APA xəbər verir ki, bunu Qəzzanın Mülki Müdafiə bölmələrinin sözçüsü Mahmud Bəsil bildirib.
“Bu gün atəşkəs rejiminin tətbiqindən sonra təxminən 250 min insan Qəzza şəhərinə qayıdıb”, - o deyib.
O əlavə edib ki, bundan başqa 200 min fələstinli də daha əvvəl İsrail ordusunun mülki əhali üçün son dərəcə təhlükəli elan etdiyi anklavın şimal bölgələrinə qayıdıb.
Son xəbərlər
