Aİ Tacikistandan Putinin həbsini istəyir

Tacikistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun iştirakçısı olan dövlət kimi, Vladimir Putinin həbs qərarının icrası ilə bağlı Statutdan irəli gələn öhdəlikləri yerinə yetirməyib.

Bu barədə Avropa İttifaqının Tacikistandakı nümayəndəliyi məlumat yayıb.

Açıqlamada bildirilir ki, Beynəlxalq Cinayət Məhkəməsi rəsmi Düşənbədən Putinin təcili həbsini tələb edib.

“Ona qarşı ittihamlar Ukraynanın işğal edilmiş ərazilərindən uşaqların qanunsuz deportasiyası və qeyri-qanuni daşınması ilə bağlıdır və bunlar Rusiya tərəfindən Ukraynaya qarşı aparılan qanunsuz aqressiv müharibə kontekstində baş verib. Avropa İttifaqı bütün beynəlxalq cinayətlər, insan hüquqları pozuntuları və zərərçəkənlərin ədalət, kompensasiya və təkrar olunmama hüquqlarının təmin olunması səylərinə dəstəyini ifadə edib. Eyni zamanda, Aİ bütün dövlətləri Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlığa çağırıb və Ukraynanın müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınan ərazilərinin bütövlüyünü dəstəklədiyini təsdiqləyib”, – deyə bəyanatda qeyd olunub.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər