"Hücumların sona çatması üçün həqiqi zəmanət istəyirik"

Misirdə HAMAS-la İsrail arasında davame dən danışıqlarda təşkilatın nümayəndə heyətinə rəhbərlik edən Xəlil əl-Həyyə İsrailin Qəzzaya hücumların dayandırılması ilə bağlı əvvəlki öhdəliklərini yerinə yetirmədiyini vurğulayaraq hücumların qəti şəkildə sona çatması üçün həqiqi zəmanət tələb etdiklərini bildirib.

APA xəbər verir ki, əl-Həyyə açıqlaması zamanı hücumların dayandırılması, İsrailin Qəzza zolağından çəkilməsi müqabilində ABŞ Prezidenti Donald Trampın planına uyğun olaraq fələstinli məhbusların əvəzində bütün israilli girovları azad etməyə hazır olduqlarını bildirib.

İsrailin tarix boyu verdiyi vədlərə əməl etmədiyini bildirən əl-Həyyə faktiki işğal yaşadıqlarını və bir an belə ona İsrail tərəfinə güvənmədiklərini deyib.

Açıqlaması zamanı o, beynəlxalq ictimaiyyətdən, Trampdan və danışıqları dəstəkləyən ölkələrdən real zəmanət tələb edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər