İtaliyanın Baş naziri Beynəlxalq Cinayət Məhkəməsinə verilib

İtaliyanın Baş naziri - Nazirlər Şurasının sədri Ciorcia Meloni Qəzzadakı insan ölümlərinə görə Beynəlxalq Cinayət Məhkəməsinə verilib.

Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir.

"Məni, müdafiə nazirini (Quido Krosetto – red), xarici işlər naziri Antonio Tayanini və "Leonardo" şirkətinin baş direktoru Roberto Çinqolani soyqırımda iştiraka görə Beynəlxalq Cinayət Məhkəməsində məhkəməyə veriblər. İnanıram ki, dünyada və ya tarixdə başqa belə bir ittiham yoxdur", - Baş nazir iddianı şərh edərkən bildirib.

O, həmçinin siyasi rəqiblərini "Fələstin məsələsindən" daxili siyasi məqsədlər üçün istifadə etməkdə açıq şəkildə ittiham edib.

Daha əvvəl, oktyabrın 4-də İtaliyada Fələstini dəstəkləyən etirazlarda 500 mindən çox insanın iştirak etdiyi bildirilirdi. Etirazlar polislə toqquşmaya çevrilib, aksiyaçıların saxlanılması ilə nəticələnib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər