Avropa Parlamentində hicab qadağan edilsin! - Deputatdan TƏKLİF

Avropa Parlamentində təmsil olunan “İsveç Demokratları” partiyasının deputatı Çarli Veymers bu qurumda çalışan bütün əməkdaşlar və işçilər üçün müsəlman baş örtükləri olan hicab və niqabın qadağan olunması təşəbbüsü ilə çıxış edib.

Onun sözlərinə görə, təşəbbüsün məqsədi qadın zorakılığından azad bir mühit yaratmaq və onları itaətkarlıq simvollarından qorumaqdır.

Gələn həftə deputat bu məsələ ilə bağlı parlamentin sədri Roberte Metsolaya həmkarlarının imzaladığı petisiyanı təqdim etməyi planlaşdırır. Hazırda təşəbbüsü əsasən mühafizəkar və sağçı partiyalardan olan təxminən 30 deputat dəstəkləyib.

Liberal partiyanın nümayəndəsi Karin Karlsbro isə qadağaya qarşı çıxaraq bildirib ki, Avropa Parlamentində geyim seçiminə məhdudiyyət qoyulmur.

“Deputatlar istənilən bəyanatla çıxış edə bilərlər, lakin bu təşəbbüsü mən dəstəkləmirəm”, – deyə o vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər