ABŞ İrana yenidən zərbələr endirə bilər

ABŞ-də sentyabrın 30-da Virciniyadakı Kuan­tiko hərbi bazasında keçirilən qapalı müşavirə regionda yeni gərginlik ehtimallarını artırıb.

Modern.az xəbər verir ki, iclasda ABŞ Prezidenti Donald Tramp və Pentaqon rəhbəri Pit Heqset 800-dən çox general və admiral qarşısında çıxış edərək ABŞ ordusunun əsas missiyasının “müharibəyə hazır olmaq və qalib gəlmək” olduğunu bəyan ediblər.

Müşavirənin qapalı hissəsində konkret planların müzakirə olunduğu bildirilir. ABŞ mediası isə hədəf ölkə kimi İrana diqqət çəkir.

İyunda İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra Tehran nüvə proqramını dayandırmaqdan imtina edib və Vaşinqtonla birbaşa dialoqu istisna edib.

Eyni vaxtda ABŞ Yaxın Şərqdə hərbi fəallığını artırıb. Pentaqon regiona yanacaqdoldurma təyyarələri və “Gerald Ford” aviadaşıyıcısını göndərib. Tramp BMT Baş Assambleyasında çıxışı zamanı İranda “bir çox keçmiş komandirlərin artıq həyatda olmadığını” bildirib.

Tehran isə əks mövqe nümayiş etdirir. İran prezidenti Məsud Pezeşkian ABŞ-nin tələblərini rədd edib, ölkənin ali lideri Ayətullah Xamenei isə danışıqları “çıxılmaz yol” adlandırıb. İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami də bildirib ki, zərbələr nüvə proqramını yalnız qısa müddətə ləngidib və proses davam edəcək.

“The Washington Post” yazır ki, Natan­z yaxınlığında gizli yeraltı obyektin tikintisi sürətlənib. Qəzetin məlumatına görə, yeni tunellər uranın zənginləşdirilməsi və ya saxlanılması üçün nəzərdə tutula bilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər