Pakistanda terror aktı: 10 ölü, 32 yaralı
Dərc olunub:
30-09-2025, 15:52
Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində baş verən partlayış nəticəsində azı 10 nəfər həlak olub, 32 nəfər yaralanıb.
Bu barədə yerli Səhiyyə Departamenti məlumat yayıb.
Bildirilib ki, şəhərin bütün tibb müəssisələri gücləndirilmiş iş rejiminə keçirilib.
Məlumata görə, partlayışı “Fitna əl-Xavaric” terror qruplaşmasının kamikadzesi törədib. Qrup əvvəllər “Təhrik-i-Taliban Pakistan” adı ilə tanınıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Son xəbərlər
