Rusiya Polşa səfirliyini də vurdu
Dərc olunub:
28-09-2025, 20:28
Rusiyanın Kiyevə hücumu zamanı Polşanın Ukraynadakı səfirliyinin binasına da zərər dəyib.
Bu barədə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Pavel Vronski deyib.
O bildirib ki, raketin komponentlərindən biri konsulluq idarəsinin damına düşüb, tavanı deşib və mətbəxə düşüb. Onun sözlərinə görə, xəsarət alan olmayıb.
Vronski əlavə edib ki, hadisədən sonra ilkin zərərin qiymətləndirilməsi aparılıb:
"Bu zərərin zəif olduğu və səfirliyin işinə təsir etməyəcəyi ortaya çıxıb".
Son xəbərlər
