İki ölkə Rusiya sərhədində zərbə briqadası yerləşdirir

İsveç və Finlandiya təxminən 4–5 min hərbçidən ibarət yeni zərbə briqadası yaradıblar. Briqada Finlandiyanın Laplandiya bölgəsində yerləşdiriləcək.

Axar.az xəbər verir ki, bu barədə “İltalehti” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, yeni birləşmənin nüvəsini qış şəraitində döyüş əməliyyatları aparmaqda ixtisaslaşan İsveçin “Norrbotten” mexanikləşdirilmiş briqadası təşkil edəcək. O, beş batalyondan və təminat bölmələrindən ibarətdir.

Mənbələrin sözlərinə görə, briqadanın tərkibinə isveçlilərdən əlavə Norveç və Danimarka hərbçiləri də daxil olacaq ki, bu da onu əsasən Skandinaviya briqadasına çevirəcək. Briqadanın qərargahları Finlandiyanın Rovaniemi və Sodankyla şəhərlərində yerləşəcək.

Bildirilib ki, briqadanın silahları artıq Laplandiyada yerləşdirilib. Xüsusilə, İsveç istehsalı olan “Arçer” özüyeriyən haubitsaları ora gətirilib. Bu, hərbçilərin döyüş hazırlığına daha tez daxil olmasına imkan verəcək.

Nəşrin əlavə etməsinə görə, silahlı münaqişə baş verəcəyi halda, zərbə briqadasını havadan Böyük Britaniyanın “Eurofighter” və F-35 qırıcıları, həmçinin “Apaçi” helikopterləri qoruyacaq.

Mənbələrin məlumatına görə, müvafiq operativ plan NATO-nun Avropadakı qoşunlarının komandanı general Aleksey Qrinkeviç tərəfindən təsdiqlənib. Briqadanın təlimlərinin yaxın vaxtlarda Rovyayarvi poliqonunda başlanacağı gözlənilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər