"Trampın tərifi Azərbaycan üçün regional güc balansı deməkdir"

Trampın İlham Əliyev haqqında fikirləri Azərbaycan üçün regional güc balansı və diplomatik perspektivlər deməkdir.

Bunu Avrasiya.net-ə politoloq Vasif Əfəndi deyib.

"ABŞ prezidenti Donald Trampın Azərbaycan Prezidenti cənab İlham Əliyev haqqında səsləndirdiyi müsbət fikirlər – “Mən səninlə fəxr edirəm”, “yaxşı iş görmüsən” – sadəcə şəxsi kompliment deyil. Bu çıxışlar həm Azərbaycan-ABŞ münasibətlərində, həm də bütövlükdə Cənubi Qafqazın geosiyasi mənzərəsində müəyyən mesajlar verir. İlham Əliyevin də Trampın təşəbbüslərini yüksək qiymətləndirməsi hətta onun prezidentliyi dövründən qabaq haqqında müsbət fikirlər söyləməsi göstərir ki, tərəflər arasında şəxsi simpatiya mövcuddur. Eyni zamanda qarşılıqlı hörmət və ehtiram strateji maraqları da tamamlayır - politoloq deyib.

Onun sözlərinə görə, Tramp prezidentlik dövrünü həm də ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələsi adlandırmaq olar: "Hesab edirəm ki, ABŞ regiondakı maraqlarını yenidən nəzrdən keçirmək ərəfəsindədir. Azərbaycanın enerji təhlükəsizliyi baxımından Avropa üçün mühüm tranzit ölkə olması strateji məsələdir.

Coğrafi mövqeyinə görə Rusiya, İran və Türkiyə arasında balanslaşdırıcı rola sahib olan Azərbaycan regional sülh prosesində əsas tərəfdir və Ermənistanla normallaşma danışıqlarında dominanat mövqedə dayanır. Bu faktorlara görə, Trampın dəstəyi Vaşinqtonun Bakıya strateji tərəfdaşlıq mesajı göndərməsi kimi yozula bilər.

Trampın tərifləri ilə yanaşı, bir sıra suallar da açıq qalır.Azərbaycanın xarici siyasət strategiyası şəxsi münsaibətlər üzərindən qurulmamalıdır. Tramp dövründən sonra ABŞ-la münasibətlərin qorunub saxlnaması prioritet məsələ olmalıdır. Ona görə də daxili siyasətdə zamanın tələbinə uyğun olaraq addımlar atılmalıdır. Azərbaycanda siyasi institutların möhkəmlənməsi, media azadlığı və insan haqları məsələləri beynəlxalq təşkilatların gündəmindədir və zaman-zaman bu mövzuda bizə qarşı qərəzli mövqedən sanksiyalar tətbiq edilir. Avropa Şurasında üzvlüyümüzün dondurulması bu qəbil məsələlərdəndir. Bu problemlər həll olunmadan təriflər real dayanıqlı tərəfdaşlıq üçün yetərli deyil".

Cavid

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər