Bu gün İranla bağlı mühüm qərar qəbul olunacaq

Bu gün İranla bağlı mühüm qərar qəbul olunacaqBu gün BMT Təhlükəsizlik Şurasında Rusiya və Çin tərəfindən BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin icrasının uzadılmasına dair təklif olunan qətnamə layihəsi səsverməyə çıxarılacaq.

Musavat.com xəbər verir ki, məlumatı jurnalistlərə sentyabrda sədrlik edən Koreya Respublikasının BMT-dəki daimi nümayəndəliyi açıqlayıb.

Qeyd edək ki, 2231 saylı qətnamə İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının və sazişin dəstəklənməsi üçün qəbul edilib və Tehrana qarşı BMT sanksiyalarına fasilə verilməsini nəzərdə tutur.

Bildirilir ki, Təhlükəsizlik Şurası nüvə silahlarının yayılmaması gündəliyi ilə bağlı iclas keçirəcək və orada BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin müddətinin uzadılmasına dair Rusiya və Çin tərəfindən təklif olunan qətnamə layihəsi səsverməyə çıxarılacaq.

Xatırladaq ki, Avropa üçlüyü – Fransa, Almaniya və Böyük Britaniya qətnamənin müddətinin uzadılmaması, İrana qarşı sanksiyaların bərpa olunması təklifi ilə çıxış ediblər

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər