Şok: Rusiyaya gizli şəkildə xəbərdarlıq edildi, vurulacaq

Avropa diplomatları Kremlə gizli şəkildə xəbərdarlıq ediblər ki, NATO artıq öz hava məkanında Rusiyanın təxribatlarına dözməyəcək və hava sərhədini pozan rus təyyarələrini vuracaq.

Bu barədə “Blumberq” məlumatlı mənbələrə istinadən yazıb.

Məlumata görə, bu həftə Moskvada gərgin görüş keçirilib və həmin görüşdə Böyük Britaniya, Fransa və Almaniyanın nümayəndələri keçən həftə Estoniyanın hava məkanına üç MiQ-31 qırıcı təyyarəsinin daxil olması ilə bağlı narahatlıqlarını bildiriblər. Adlarının açıqlanmasını istəməyən rəsmilərin sözlərinə görə, danışıqlardan belə təəssürat yaranıb ki, Rusiya hərbi təyyarələrinin NATO hava məkanını pozması pilotların özbaşına addımı deyil, məhz komandanlığın əmri ilə həyata keçirilib.

Xüsusilə bildirilir ki, Moskva görüşü zamanı rusiyalı diplomat avropalılara Estoniya hava məkanının pozulmasının Ukraynanın Krıma endirdiyi zərbələrə cavab olduğunu deyib. Kreml hesab edir ki, bu hücumlar NATO-nun dəstəyi olmadan mümkün olmazdı, buna görə də rus rəsmilərinin sözlərinə görə, Moskva özünü Avropa ölkələri ilə qarşıdurmaya cəlb olunmuş hesab edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər