"Fələstinin dövlət kimi tanınması İsrailin hərbi əməliyyatını dayandırmayacaq"

"Fələstinin dövlət kimi tanınması İsrailin hərbi əməliyyatını dayandırmayacaq"Avropa dövlətlərinin mütləq əksəriyyəti tərəfindən Fələstinin mustəqilliyinin tanınması İsrailin Qəzzada antiterror əməliyyatı adı altında həyata keçirdiyi hərbi əməliyyatların dayandıracağını düşünməyə əsas vermir.

Bunu Avrasiya.net-ə politoloq Elşən Manafov deyib.

O, qeyd edib ki, Kollektiv Qərb iki dövlət modelini müdafiə edib fələstinlilərin müstəqil dövlətçilik istəklərinə dəstək versə də, İsraili Fələstinə münasibətdə sərgilədiyi mövqedən geri çəkilmək və ya imtina etmək üçün beynəlxalq hüquqa söykənən addımlar atmırlar. Onlar İsraili durdura biləcək sanksiyaların tətbiqini tələb etmir, onunla əməkdaşlığa dair yeni reallıqlara söykənən mövqe numayiş etdirmirlər:

"Qərbin Fələstin məsələsində mövqeyi hələlik deklorativ xarakter kəsb edir və ikili standartlar təəssüratı doğurur. Qəzzalıları təmsil etmək üçün legetimlik statusuna malik olan HƏMAS-ı Qərb dövlətləri hələ ki, tanımaq fikrindən uzaqdırlar, bu isə Fələstin ətrafında siyasi qütbləşməni Fələstin Azadlıq Təşkilatının xeyrinə daha da dərinləşdirir. Digər tərəfdən ABŞ-ın İsrailə olan siyasi, hərbi və maliyyə dəstəyi, BMT çərçivəsində isə İsrailə qarşı yönəldilə biləcək sanksiyalara veto qoyması mahiyyət etibarı ilə Qərbin Fələstinə göstərdiyi siyasi dəstəyin əhəmiyyətini kiçildir".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər