Ərəb dövlətləri klassik NATO tipli hərbi alyans qurmaq əvəzinə...

İsrailin son hərbi əməliyyatları və bölgədə gərginliyin artması ərəb dünyasında yenidən təhlükəsizlik məsələlərini gündəmə gətirib.

Bunu Avrasiya.net-ə politoloq Vasif Əfəndi İsrailin ərəb ölkələrini hədəfə almasına cavab olaraq" Ərəb NATO-su"nun yaranma ehtimalına münasibətində deyib.

O, qeyd edib ki, əslində “Ərəb NATO-su” ideyası ilk dəfə 2017–2018-ci illərdə Səudiyyə Ərəbistanı və ABŞ tərəfindən irəli sürülüb. Məqsəd İranın təsirinə qarşı kollektiv müdafiə bloku qurmaq idi: "Amma ərəb ölkələrinin bir-birinə olan güvənsizliyi, maraqlarının ziddiyyətli olması və daxili böhranlar səbəbindən bu təşəbbüs reallaşmadı. Bugünkü reallığa baxanda , yəni ərəb dövlətlərinin prizmasından yanaşsaq hərbi ittifaq vacib görünür, amma çətindir.

İsrailin Livan, Qəzza, Qətər, hətta Yəmən kontekstində hədəflər elan etməsi ərəb dövlətlərinin maraqları üçün hərbi-siyasi koordinasiyasını vacib edir. Birgə müdafiə mexanizmi olmasa, ərəb ölkələri parçalanmış şəkildə qalacaq və hər biri ayrıca zəif mövqedə olacaq. Ərəb ölkələri arasında fikir ayrılığı və dərin parçalanma var. Fələstin məsələsində belə tam ortaq mövqe yoxdur. BƏƏ və Bəhreyn İsraillə normallaşma kursu götürüb.

Ərəb dövlətləri klassik NATO tipli hərbi alyans qurmaq əvəzinə, strateji müdafiə şurası və ya bölgənin təhlükəsizlik paktı yarada bilərlər".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər