"İsrail üçün çətin siyasi proseslər başlayır"

Böyük Britaniya, Kanada, Avstraliya Fələstin dövlətini rəsmən tanıdı. Bu, İsrail Baş naziri B.Netanyahunun xarici siyasətinin fiaskosudur. Ona qarşı daxildə güclü təzyiqlər başlayacaq.

Bunu Avrasiya.net-ə politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, Fələstin dövlətinin Qərb ölkələri tərəfindən tanınması məhz B. Netanyahunun HƏMAS-ı bəhanə edərək, Qəzzada yaşayış məskənlərinin yer üzündən silinməsi və mülki insanlara qarşı həyata keçirdiyi hərbi cinayətlərdən irəli gəlir:

"Böyük Britaniya, Fransa Fələstin dövlətini tanıyırsa, növbəti mərhələdə siyasi və maliyyə yardımları olacaq. BMT-nin Fələstin dövlətinin rəsmi şəkildə qəbul edilməsi mümkündür.

İsrail Baş naziri Netanyahunun Fələstinə qarşı hərbi əməliyyatları İsrail dövlətinin təcridinə və yəhudi xalqına qarşı anti-semitizmin formalaşmasına gətirib çıxarır. Fələstin Böyük Britaniyanın mandatında olub. Məhz İngiltərə Fələstin dövlətinin yaranmasına imkan verməmişdi. İngiltərə öz tarixi səhvini düzəldərək Fələstini dövlət kimi tanıdı. İsrail üçün çətin siyasi proseslər başlayır".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər