"Putin qətiyyətsiz Trampa görə NATO-nu hədələyir"

Putin sizi sadəcə məyus etməyəcək, o, öz siyasətini bunun üzərində quracaq və qətiyyətsiz ABŞ prezidentinə görə bütün alyansı hədələyəcək.

Axar.az xəbər verir ki, bunu Ukraynanın Britaniyadakı keçmiş səfiri Vadim Pristayko Trampın Putinlə bağlı açıqlamasını şərh edərkən deyib.

“Biz sadəcə ümid edirik ki, bütün hökumət strukturu, həm NATO, həm də ABŞ-ın özü bu mesajı alıb”, - deyə Pristayko bildirib.

Diplomat Trampın Rusiya lideri ilə yaxşı münasibətdə olması ilə bağlı dediklərini də şərh edib:

“Trampın Putinlə çox yaxşı münasibətdə olması qənaətinə haradan gəldiyini bilmirəm, lakin o, şübhəsiz ki, bu gözləntilərdən istifadə etməyə çalışıb”.

Qeyd edək ki, Tramp Ukrayna konflikti məsələsində Putinin onu çətin vəziyyətdə qoyduğunu və xəyal qırıqlığına uğratdığını söyləmişdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər