Avropa ölkələrinin İran qarşısında qoyduğu tələblər açıqlanıb

Avropa ölkələrinin İran qarşısında qoyduğu tələblər açıqlanıbAvropa diplomatiyasının rəhbəri Kaya Kallas Fransa, Britaniya, Almaniya və İran xarici işlər nazirlərinin nüvə probleminin diplomatik yolla həlli ilə bağlı telefon danışığına qoşulub.

"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə K.Kallas mətbuat konfransında bildirib.

"İranın nüvə probleminin diplomatik həll yolunun axtarışı üçün pəncərə çox sürətlə bağlanır. İrana qarşı beynəlxalq sanksiyaların bərpasına bir neçə həftə qalıb", - o qeyd edib.

K.Kallasın sözlərinə görə, İran "Avroüçlük" ölkələrinin tələblərinin təmin edilməsi istiqamətində inandırıcı addımlar atmalıdır.

"Bu, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) hərtərəfli əməkdaşlıq və bütün nüvə obyektlərinin yoxlanılmasına icazə verilməsidir", - o əlavə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər