Tramp Meksika və Kanadanı ABŞ-nin tərkibinə daxil olmağa dəvət edib
Dərc olunub:
10-12-2024, 04:32
Meksika və Kanada subsidiya almaq əvəzinə ABŞ-ni tərkibinə daxil ola bilərdilər.
APA “Newsweek” jurnalına istinadən xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, ABŞ Kanada və Meksikaya ildə müvafiq olaraq 100 milyard və 300 milyard dollardan çox subsidiya verir.
“Biz bunu etməməliyik - niyə bu ölkələrə subsidiya veririk? Əgər biz onlara subsidiya verəcəyiksə, qoy onlar bizim ştatlarımız olsunlar”, - Tramp qeyd edib.