"Əsədin gedişindən İsrail, ABŞ və Türkiyə faydalanır"

"Əsədin gedişindən İsrail, ABŞ və Türkiyə faydalanır"Bəşər Əsədin Suriya prezidenti postundan getməsi hazırkı geosiyasi reallıqlarda İsrail, ABŞ və Türkiyə üçün faydalıdır.

Bu fikri TASS-ın müxbirinə müsahibəsində beynəlxalq münasibətlər sahəsində ekspert, Sülh Araşdırmaları İnstitutunun müəllimi Rüstəm Vansu deyib.

"Suriyada baş verənlərdən faydalananlar İsrail, ABŞ və Türkiyədir. İsrailin 2023-cü ilin oktyabr ayından bəri davam edən müharibədə HƏMAS-ı məğlub edə bilməməsi Livanda "Hizbullah"a, Yəməndə Husilərə, Suriya və İraqda şiə milislərə də dəstək verən İrandan Fələstinə yardım etməsi ilə izah olunur. İran İsraili qalib gəlməsi çətin olan çoxcəbhəli müharibə ilə üz-üzə qoyub.
Tehran-Dəməşq-Beyrut quru dəhlizinin itirilməsi İranın təsirini xeyli azaldacaq və "Hizbullah" ı zəiflədəcək. HƏMAS-a hərbi yardım azaldılacaq və bu, İsrailə diqqətini düşməni üzərində tam qələbəyə nail olmağa imkan verəcək”, - deyə o bildirib.

Ekspertin fikrincə, Əsədin gedişi həm də “Türkiyə üçün Suriyaya daha böyük təsir imkanları yaradır”. "Bu, Türkiyə hökumətinin 3,5 milyon suriyalı qaçqını öz vətənlərinə göndərmək planını həyata keçirməyə imkan verir. Artıq Türkiyə üçün kürdlərin işğalı altında olan Suriyanın şimalında bufer zonasını genişləndirmək üçün yol açıqdır", - Vansu əlavə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər