star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

İsrail Ordusu Suriya ərazisinə daxil olub

İsrail Ordusu Suriya ərazisinə daxil olubİsrail ordusu Suriya ilə sərhəddəki Qolan təpələrindəki bufer zonadan kənara çıxıb.

"Report" xəbər verir ki, bu barədə "The New York Times" İsraildəki mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, İsrail qoşunlarının Qolandan kənarda yerləşdirilməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ölkəni tərk etməsi ilə bağlıdır və bu, regionda qeyri-sabitliyin artmasına səbəb ola bilər.

İsrail Ordusunun bufer zonadan kənarda olduğunu dolayısı ilə təsdiqləyən Baş Qərargah rəisi Herzi Halevinin Suriya ərazisinə qoşun yeritməklə bağlı açıqlamaları olub.

Son məlumatlara görə, İsrail ordusu Suriya ilə bufer zonada yerləşən Hermon dağının qarşı tərəfdəki nöqtəsini ələ keçirib.

Bundan əvvəl Baş nazir Benyamin Netanyahu iki ölkə arasında 1974-cü ildə əldə edilmiş razılaşmanın iflasa uğradığını bildirib.

Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifət silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Ayın 8-də səhər saatlarında onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Bəşər Əsədin vəzifəsini və ölkəni tərk etdiyi bildirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər