Əsədin gizli yeraltı həbsxanası tapıldı: 70 min məhkum?.. - Video
Dərc olunub:
9-12-2024, 02:22
Xəbər verdiyimiz kimi, suriyalı müxaliflərin paytaxt Dəməşqi ələ keçirməsi ilə 61 illik BƏƏS rejimi devrilib.
Avrasiya.net xəbər verir ki, paytaxtdan yayılan görüntülər dünya ictimaiyyətini heyrətləndirməyə davam edir.
Belə ki, paytaxtda Sednaya adlı 4 mərtəbəli gizli yeraltı həbsxana aşkar edilib. Bildirilib ki, yeraltı xəstəxananın yalnız bir mərtəbəsindən minlərlə məhkum çıxarılıb.
Digər mərtəbələrin qapısının açılması üçün çalışmalar davam edir. Məlumata görə, Əsəd rejimi çöküş anında izi itirmək üçün qapıları betonlayıb.
İddialara görə, yeraltı həbsxanada 70 mindən çox işgəncə və zülmə məruz qalan məhkum ola bilər.
Görüntülərdə silahlıların məhbusları oradan çıxardığı əks olunur.