Suriya müxalifəti dekabrın 8-ni milli bayram elan edib
Dərc olunub:
9-12-2024, 01:46
Suriyanın Müxalifət və İnqilabçı Qüvvələrinin Milli Koalisiyası Dəməşqin silahlı qüvvələr tərəfindən tutulması günü olan 8 dekabrı ölkənin milli bayramı elan edib.
Avrasiya.net xəbər verir ki, bu haqda koalisiyanın yaydığı bəyanatda bildirilir.
“Suriya Milli Koalisiyası dekabrın 8-ni şəhidlərin və qurbanların qələbəsi günü, həbs olunanların, köçkünlərin və məzlumların qələbəsi günü, haqq və ədalətin cinayət üzərində qələbəsi günü olduğu üçün Suriyada milli bayram elan edir.”, - deyə koalisiyanın bəyanatında deyilir.