Tramp məhkəməyə müraciət edib
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın vəkili Stiv Sadou çərşənbə günü Corciya apellyasiya məhkəməsinə 2020-ci il prezident seçkilərinə müdaxilə ilə bağlı iddianın rədd edilməsi barədə vəsatət qaldıraraq, müttəhimin prezident toxunulmazlığını əsas gətirib.
Sənəddə qeyd edildiyi kimi, “2024-cü il noyabrın 5-də Donald Tramp yenidən prezident seçilib, 2025-ci il yanvarın 20-də isə ABŞ-ın 47-ci prezidenti kimi andiçmə mərasimi keçiriləcək” və “hazırkı prezident federal və əyalət səviyyəsində hər hansı ittihamdan və təqibdən qorunur."
Xatırladaq ki, 2023-cü ilin avqustunda Corciya məhkəmə sistemi münsiflər heyəti Trampı 2020-ci il seçkilərinə müdaxilə ittihamı ilə ittiham edib.
İttihamnamədə Trampın cinayətkar qruplaşmanın tərkibində 2020-ci il prezident seçkilərinin nəticələrinə yenidən baxılması üçün səy göstərdiyi iddia edilir. Prokurorluğun məlumatına görə, bu qrup Corciyada, eləcə də digər ştatlarda - Arizona, Miçiqan, Nyu-Meksiko, Viskonsin və Kolumbiya dairəsində fəaliyyət göstərirdi.