Trampdan şok hədə: Yaxın Şərqi cəhənnəmə çevirəcəm!
Dərc olunub:
3-12-2024, 06:58
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən əvvəl Qəzza zolağında saxlanılan girovların azad edilməyəcəyi təqdirdə Yaxın Şərqdə “cəhənnəm” olacağını deyib.
Avrasiya.net xəbər verir ki, bu barədə Tramp sosial şəbəkə hesabında yazıb.
"Məsuliyyət daşıyanlar Amerika Birləşmiş Ştatlarının uzunmüddətli tarixi ərzində ən çox zərbə alanlar olacaq", - Tramp bildirib.