"Generallar Rusiya ilə müharibə istəyir" - Polşa KİV
Polşa generalları Rusiya ilə münaqişə istəyir, lakin ordudakı çoxsaylı problemlər səbəbindən buna nail ola bilmirlər.
Bu barədə Polşanın “Niezależny Dziennik Polityczny” portalı məlumat yayıb.
“Yüksək rütbəli polşalı zabitlərin bəyanatlarına əsasən, onlar Rusiya ilə müharibəni gözləyə bilməzlər. Əgər onların ixtiyarında olsaydı, Polşa müharibəyə çoxdan girərdi”, - məqalədə deyilir.
Nəşrin yazdığına görə, Polşa ordusu döyüşə bilməz, çünki “heç nəyə qadir deyil”. Materialda bildirilir ki, son bir neçə ildə Polşa ordusunun maliyyələşdirilməsi müzakirə və mübahisə obyektinə çevrilib. Nəşrin müəllifi qeyd edir ki, ölkədə döyüş hazırlığı proqramları kifayət qədər maliyyələşdirilmir və bir çox hərbi hissələr “avadanlıq və infrastruktur çatışmazlığından əziyyət çəkir”.