94 yaşında 150 milyardlıq sərvətinin cüzi hissəsini övladlarına bağışladı
Dünyanın 3-cü ən zəngin adamı və "Omaha Oracle" kimi tanınan milyarder Uorren Baffet 94 yaşında vəsiyyətini açıqlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o vəsiyyətini ictimaiyyətlə bölüşüb.
Amerikanın ən məşhur iş adamı mövzu ilə bağlı məktubunda zənginlik sülaləsi yaratmaq istəmədiyini və sərvət sülalələrinin şəxsi inkişafa xələl gətirə və münasibətləri çətinləşdirə biləcəyini qeyd edib.
O, vəsiyyətnaməsində 150 milyard dollarlıq sərvətinin 99,5 faizini xeyriyyə işlərinə bağışladığını bildirib:
"Mən heç vaxt sülalə yaratmaq və ya övladlarımdan kənar plan qurmaq istəməmişəm. Mən onların üçünü də çox yaxşı tanıyıram və onlara tam etibar edirəm. Gələcək nəsillər başqa məsələdir. Zaman həmişə qalib gəlir. Bəzən həyat doğuşla və ya bir ömürdə bitə bilər, digər vaxtlar isə 100 ilə qədər gözləyə bilir. Buna görə də bəxtim gətirib. Övladlarımın yaşı 66, 69 və 71-dir. Onların mirasımı bölüşdürməsi 10 il çəkəcək”, - Baffet qeyd edib.
Uorren Baffet 30 avqust 1930-cu ildə anadan olmuş amerikalı milyarder və birja investorudur. O, birja proqnozları ilə milyardlarla dollar qazanan dünyanın ən uğurlu investorlarından biri kimi tanınır. "Omaha Oracle" ləqəbli Baffet "Berkshire Hathaway" şirkətinin baş direktorudur.
"Berkshire Hathaway"ın sədri kimi Baffet sığorta, enerji, dəmiryol xətləri və nəqliyyat sektorlarında geniş portfel yaradıb.