İsrail Beyrutu vurdu: ölənlər var
Dərc olunub:
23-11-2024, 10:26
İsrailin Beyruta endirdiyi hava hücumu nəticəsində azı 4 nəfər ölüb, 23 nəfər yaralanıb.
Bu barədə Livanın Səhiyyə Nazirliyi yanında Təcili Tibbi Yardım Mərkəzi X hesabında məlumat yayıb.
“Hava hücumu zamanı 8 mərtəbəli bina tamamilə dağılıb. Xilasedicilər hadisə yerində işləyir. Qurbanların və yaralananların sayı arta bilər”, - məlumatda bildirilib.