Bu ölkələr təsdiqlədi: Netanyahunu həbs edəcəklər!

Bu ölkələr təsdiqlədi: Netanyahunu həbs edəcəklər!Xəbər verdiyimiz kimi, Beynəlxalq Cinayət Məhkəməsinin hakimləri dünən İsrail Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın Qəzzadakı müharibə zamanı törətdiyi hərbi cinayətlər və insanlığa qarşı cinayətlər ittihamı ilə həbsinə order veriblər.

Axar.az xəbər verir ki, “Tayms of İsrail” bu qərardan sonra nələrin ola biləcəyini diqqətə çatdırıb.

“BCM-in 124 üzv dövləti, məhkəmənin təsis nizamnaməsinə əsasən, məhkəmənin həbsinə order verdiyi istənilən şəxsi öz ərazilərinə daxil olduğu halda həbs edib, təhvil verməyə borcludur.

BƏM-ə AB-nin bütün ölkələri, Böyük Britaniya, Kanada, Yaponiya, Braziliya və Avstraliya daxildir. Yaxın Şərq regionunda Fələstin və İordaniya BƏM üzvləridir. Amma İsrail və ABŞ Roma Statutuna qoşulmayıb.

Fransa, Kanada və Niderland kimi İsrailin müttəfiqləri də daxil olmaqla, üzv dövlətlərin bir sıra liderləri orderlərə hörmət edəcəklərini və beləliklə, Netanyahu və Qallant bu ölkələrə səfər edərsə, həbsləri həyata keçirəcəklərini bildiriblər”, - nəşr qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər