Sizin Reklam Burada

Britaniya hökuməti Netanyahu və Qalantı həbs etməyə hazırdır

Britaniya hökuməti Netanyahu və Qalantı həbs etməyə hazırdırBöyük Britaniyanın Leyboristlər hökuməti İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantı ölkəyə gəlsələr, onların həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin qərarını yerinə yetirməyə hazırdır.

“Report” xəbər verir ki, bu barədə “The Times”a Böyük Britaniyanın baş naziri Kir Starmerin ofisinin nümayəndəsi məlumat verib.

Qeyd olunub ki, Britaniya hökuməti qanuni öhdəliklərinə əməl edəcək.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi ibtidai araşdırmalar çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verib.

Məhkəmə əvvəl Böyük Britaniyanın sözügedən məsələ ilə bağlı BCM-in yurisdiksiyasına qarşı “amicus curiae” (“məhkəmə dostu”) ərizəsi təqdim etdikdən sonra Netanyahu və Qalantın həbsinə order verilməsi ilə bağlı qərarını təxirə salmışdı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər